“İnstagram” istifadəçiləri üçün yeni funksiyanı işə salmağa hazırlaşır.
İnsanoid.com xəbər verir ki, yeni funksiya ilə “Instagram” istifadəçiləri həm izlədiklərini, həm də öz izləyicilərini gizlədə biləcəklər.
Beləliklə, insanlar izləyici nömrələrini ictimaiyyətə göstərmədən öz hesablarını daha sərbəst və rahat idarə edə biləcəklər.
Yeni funksiyadan istifadə etmək istəməyənlər də ola bilər. Buna görə də “Instagram” sözügedən funksiyanın istifadəsini izləyicilərin ixtiyarına buraxacaq.
Yeni funksiya hazırda test mərhələsindədir. Yaxın zamanlarda funksiyanın istifadəçilərə təqdim olunması gözlənilir.
Sosial Media üzrə mütəxəssis Rüfət Məmmədli bildirir ki,bu yenilik xüsusən də influencerlər və sosial media fenomenləri üçün əlverişli olacaq. Onlar üçün izləyicilərin sayı əhəmiyyətli bir məsələ olduğundan izləyənlərin gizlədilməsi ilə rahatlığa qovuşacaqlar.![]()