İranda təlim təyyarəsi qəzaya düşüb.
İnsanoid.com İran mediasına istinadən xəbər verir ki, bu gün Fars əyalətinin Firuzabad və Qirokarzin şəhərləri ərazisində təlim təyyarəsi qəzaya uğrayıb.
Məlumata görə, təyyarə dağa çırpılıb. Bildirilib ki, hadisə nəticəsində təyyarənin iki sərnişini həlak olub.