İranda Kərbəla zəvvarlarını daşıyan avtobus aşması nəticəsində çox sayda ölən və yaralanan var.
İnsanoid.com İran mediasına istinadən xəbər verir ki, ötən gecə Kərbəla zəvvarlarını daşıyan avtobus Kürdüstan əyalətinin Qorve şəhərində qəzaya uğrayıb.
Məlumata görə, Zəngan istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində dörd nəfər ölüb, 42 nəfər yaralanıb.
Qəzanın əsas səbəbinin yüksək sürət olduğu bildirilir.
[video width="848" height="544" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/11/document_5303229358570231545.mp4"][/video]