İranın qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
İnsanoid.com Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib.
Zəlzələnin hiposentri yerin 10 km dərinliyində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.