İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani Naynava əyalətinin Xamadniyə şəhərində toy zamanı baş verən yanğın nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib. Bu barədə 27 sentyabr tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
Qohumları bildiriblər ki, bəylə gəlin yanğından sonra sağ qalsalar da, xəsarət alıblar və hazırda komadadırlar. Baş verən hadisə ilə bağlı 9 nəfər həbs olunub. Müəssisənin sahibi hələ tutulmayıb.
İraq Qızıl Aypara Cəmiyyəti ölən və xəsarət alanların sayının 450-dən çox olduğunu bildirib.