İrəvan bazarında polis və ət satıcıları arasında böyük qarşıdurma baş verib.
İnsanoid.com Ermənistan KİV-lərə istinadən xəbər verir ki, hadisə paytaxt İrəvanın keçmiş ÇUM adlanan ərazisinə yaxın yerləşən bazarda baş verib.
İnsident Qida Təhlükəsizliyi İnspeksiya Orqanının əməkdaşlarının ət satıcılarının piştaxtalarına yaxınlaşaraq kəsim məntəqəsindən müvafiq arayış təqdim etməyən məhsulları müsadirə etməsi ilə başlayıb.
Vəziyyət gərginləşib, hətta satıcılardan biri zərər çəkdiyini bildirərək özünü yandırmağa cəhd göstərib. Buna baxmayaraq, həmin şəxs və digər satıcılar saxlanılıb. Hazırda piştaxtalar inspeksiyanın qərarı ilə bağlı bağlanıb.
Polis 8 nəfəri saxlayıb.
![]()