İrəvanda keçirilən etiraz aksiyalarında gün ərzində saxlanılanların sayı 142-yə çatıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 25 sentyabr tarixində xəbər verir.
Tutulanlar arasında Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan da var.
Bir neçə gündür paytaxtda hökumət əleyhinə mitinqlər keçirilir. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.