İspaniyada şiddətli yağış və fırtınanın səbəb olduğu sel fəlakətində, əsasən Valensiya bölgəsində olmaqla, ölənlərin sayı 158-ə çatıb.
İnsanoid.com Xarici KİV-lərə istinadən xəbər verir ki, peyk görüntüləri fəlakətin miqyasını aydın şəkildə ortaya qoyub.
Valensiyada küçələr çaya çevrilib, avtomobillər və binalar su altında qalıb. Hökumət üç günlük milli matəm elan edib.
Hazırda axtarış-xilasetmə işləri davam edir. Rəsmilər vətəndaşları ehtiyatlı olmağa çağırıb və əlavə yağışların gözlənildiyini bildirib.
[gallery size="full" ids="202276,202277,202278,202279,202280,202281,202282,202283,202284,202285,202286,202287"]