top
Kart limitini müştərinin xəbəri olmadan artırmaq mümkündür? – AÇIQLAMA
22 oktyabr 2024, 05:20
- ↺ +

Kart limitini müştərinin xəbəri olmadan artırmaq mümkündür? – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə fərdi şəxslərə aid və banklar tərəfindən verilən kredit kartı limitlərinin müştərinin xəbəri olmadan artırılması ilə bağlı müzakirələr getdikcə daha çox yayılır. Bildirilir ki, banklar heç bir xəbərdarlıq etmədən kredit kartının limiti artırırlar. Limit artdıqca vətəndaşların borc yükünün də paralel olaraq artdığı iddia olunur.

Qeyd edək ki, kredit kartı limitləri ilə bağlı məsələlər vətəndaşla bank arasında bağlanmış müqavilə ilə tənzimlənir. Bu müqavilə banklar haqqında qanuna və Mülki Məcəlləyə uyğun hazırlanır.

Bəs görəsən, kart limitini müştərinin xəbəri olmadan artırmaq mümkündür?

Mövzu ilə bağlı İnsanoid.com-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, kredit kartları vətəndaşlara verilərkən təqdim olunan müqavilə var:

“Həmin müqavilədə bankların hansı vəzifə və funksiyalara malik olduğu qeyd olunur.  Banklar istehlakçının, yəni kredit götürənin kredit reytinqi və limitini topladıqları məlumat əsasında artıra bilərlər.  Bu isə vətəndaşın əlavə borclanması demək deyil. Əksər kredit kartlarında kredit tənzimlənməsi funksiyaları təqdim edilir. Vətəndaşlar seçimlərindən asılı olaraq limitlərini tənzimləyə bilərlər. Banklar isə bu vəziyyətdə vətəndaşların götürə biləcəyi ən yuxarı məbləğin hansı həddə olması ilə bağlı informasiya əldə edirlər. Bankın işi pul satmaq, daha yaxşı müştəri tapıb, öz məhsullarını təqdim etməkdir. Bu üsullardan istifadə edə bilərlər. Günahlandırmaq düzgün deyil”.

R.Həsənov qeyd edib ki, kredit limitinin artması nəticəsində məsuliyyətsiz borclanma istiqamətində meyllilik olur:

“Böyük kütlələr kredit limitlərinin daha yuxarı olması arzusundadır. 2024-cü ildə sosial paketlərin açıqlanmaması nəticəsində alıcılıq gücündə müəyyən zəifləmələr baş verib. Bunun nəticəsi olaraq kreditə ehtiyac artır. Banklar daha çox məhsul təqdim etməklə yüksək qazanc əldə etməyə çalışırlar. Vətəndaşlar da ehtiyaclarını ödəmə fürsətindən yararlanmağa çalışırlar.

Vətəndaşlar banklarla əməkdaşlıq zamanı müqavilə şərtləri ilə tanış olub, mövqelərini ortaya qoymalıdırlar. Təklif olunan bəzi maddələrdən imtina edə bilərlər”.

“Kredit limitləri bəzən vətəndaş üçün müəyyən edilir. Kredit limiti başqa banka və ipoteka kreditinə müraciət zamanı vətəndaşın borc yükü kimi görünür. Vətəndaşın götürə biləcəyindən daha aşağı həcmdə kredit təklif edilir, və ya edilmir.

Buna görə də vətəndaşlar  ilk növbədə istifadə etmədikləri kreditdən imtina etməlidirlər. Eyni zamanda proqram vasitəsi ilə kredit limitlərinin yuxarı həddini müəyyən etməklə bu kimi hallardan sığortalana bilərlər”, - deyə R.Həsənov fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər