Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərini başa vuraraq Pxenyana qayıdıb. Bu barədə İnsanoid xarici KİV-lərə istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
Şimali Koreya liderinin zirehli qatarı sentyabrın 19-u axşam saatlarında Pxenyana çatıb.
Stansiyada Kim Çen Inı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvləri və hərbçilər qarşılayıblar.