Bu gün səhər saatlarından etibarən Ukraynanın paytaxtı Kiyevdə bir neçə güclü partlayış səsi eşidilib.
İnsanoid.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, ən çox zərər görən ərazilərdən biri şəhərin Holosiyiv rayonu olub. Partlayışlar nəticəsində mülki obyektlər ciddi şəkildə zədələnib, yaşayış binaları, iş yerləri və ictimai infrastruktura ziyan dəyib.
Hələlik partlayışların dəqiq səbəbləri və baş verənlərin miqyası barədə rəsmi məlumat verilməyib.