Masallıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 23 sentyabr tarixində APA məlumat verib.
1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi "Hyundai Azero" markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub.
Piyada xəstəxanada dünyasını dəyişib.
Araşdırma aparılır.