“Microsoft” korporasiyası sentyabrın 30-dan sonra Rusiya şirkətləri üçün lisenziyaların yenilənməsini dayandıracaq. Bu barədə 30 sentyabr tarixində Report məlumat verib.
Məlumata görə, “Microsoft” artıq Rusiyada göstərdiyi xidmətlər üçün alacağı ödənişi yerli banklar vasitəsilə qəbul edə bilməz.
Bu səbəbdən korporativ müştərilər sentyabrın 30-dan sonra mövcud abunəliklərini yeniləyə bilməyəcəklər.
Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Naziri Maksut Şadayev bildirib ki, şöbə bunun nə dərəcədə təsdiqlənmiş fakt olduğunu öyrənir. O qeyd edib ki, Rusiyada “Microsoft” proqram təminatına alternativ mövcuddur.