Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahına çoxlu sayda polis qüvvəsi cəlb edib. Bu barədə İnsanoid yerli mətbuata istinadən bu gün, 21 sentyabr tarixində xəbər verir.
Polis bir neçə cərgədən ibarət baryer qurub.
Dünən paytaxt İrəvanın Respublika meydanında kütləvi etiraz aksiyası keçirilib. Mitinqə toplaşan nümayişçilər polisə müxtəlif əşyalar atmağa başlayıb. İğtişaş törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün araşdırmalar başlanıb, cinayət işi açılıb.
Əraziyə əlavə polis qüvvələri cəlb edib.