top
“Od çərşənbəsi Günəşin qaranlıq üzərində qələbəsidir” – Folklorşünasdan ÖZƏL AÇIQLAMA
04 mart 2025, 06:03
- ↺ +

“Od çərşənbəsi Günəşin qaranlıq üzərində qələbəsidir” – Folklorşünasdan ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Od çərşənbə qeyd olunur. Artıq Novruz bayramına sayılı günlər qalıb. Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Novruz milli adət-ənənələrimizi özündə əks etdirən əziz bayramlardan biridir. Bu bayram varlıya, kasıba baxmır. Hər kəs süfrə açmağa çalışır.

Bəs, Od çərşənbəsində hansı adətlərə əməl olunmalıdır?

Mövzu ilə bağlı İnsanoid.com-a açıqlama verən Folklorşünas İlhamə Qəsəbovanın sözlərinə görə, xalqımızın yaddaşında Novruz bayramının çərşənbələri əsasdır:

[gallery link="file" columns="1" size="full" ids="218903"]

“İlk su çərşənbəsi dirilikdir. Su yaradılış və başlanğıcdır. Su olmasaydı, həqiqi mənada həyat olmazdı. Su təmizlik və paklıqdır. İnanca görə, suyun üzərinə gedəndə salam vermək lazımdır. Suyun da sahibləri var. Mələklərə salam vermək lazımdır. Suya mənfi sözlər söyləmək olmaz. Çünki suyun yaddaşı var.

Bu gün artıq ikinci çərşənbəmizi qarşılayırıq. Boz ayın ikincisinə təsadüf edib. Türk coğrafiyasında çillələrdən sonra Boz ay gəlir. Boz ay da bitər-bitməz yeni ilin başlanğıcı olur, təbiət və torpaq yenidən oyanır.

Od çərşənbəsi suyun yuyub apara bilmədiyini yandırıb aparır. Od çərşənbəsində insanlar harada od qalanırsa, ətrafına toplaşarlar. Külünü də bəzi bölgələrdə suya tökərlər”.

İ.Qəsəbova qeyd edib ki, ən önəmli adət evlərdə işıqların yandırılmasısdır:

“Axşam şər qarışandan sonra evin işıqlarını yandırmaq lazımdır. İnanca görə, dünyasını dəyişmiş əzizlərimiz bizi ziyarət edirlər. Ailə üzvlərini şad- xürrəm görəndə yaxşı olurlar. Rayonda odu evin girişində yandırırlar ki, mənfi aura yansın. Üzərlik yandırırlar. Körpə uşaq varsa, tüstüsünü ona verirlər. Od ilə bağlı bizim müqəddəs inanclarımız var. Oda tüpürmək, mənfi söz demək olmaz. Bəddualar etmək olmaz. Od ümid yeri və çırağıdır. Qədim insanlar yaşadıqları dönəmlərdə oda, işığa hər zaman müqəddəs baxıblar.Odu hətta deyilənə görə, su ilə söndürməzlər. Ocaq başında insanlar müəyyən qədər niyyət edirlər”.

“Od çərşənbəsinin bayram tonqalını həyətin hündür yerində yandırırlar ki, bu ağırlığın və pis niyyətin qaldırılmasına işarədir. Lopalar da evdə olan uşaqların adına yandırılır.

Od çərşənbəsini hətta Günəşin qaranlıq üzərində qələbəsi də adlandırırlar. Bu çərşənbə həm də Günəşin və odun istiliyi sayəsində həyatın oyanışına və dirilişinə işarədir. Od çərşənbəsi bəzi bölgələrdə müxtəlif cür adlandırılır. Məsələn, işıqlı sabah, istilik və birlik-bərabərlik kimi. Ulu babalarımız sübh tezdən günəşə qurban aparırlarmışlar. Günəşi nə qədər əzizləsən, il o qədər yaxşı keçəcək. Yerin və göyün sahibinə olan böyük ehtiram hesab ediblər.

Unudulmuş bəzi adətlər var. Ayı oynatma və maral oyunlarının keçirilməsi kimi adətlərə əməl olunmur. Ümumiyyətlə, son zamanlar bəzi köhnə ənənələrə rast gəlinmir”, - deyə İ.Qəsəbəbova fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər