Dünən ölüm xəbəri yayılan aktyor Ruslan Sabirli açıqlama verib.
İnsanoid.com xəbər verir ki, o, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Dostlar, sağ və salamatam. Nəhayət telefonum özümdədir! Dünəndən bəri ailəm, doğmalarım, kolleqalarım, yaxınlarım təlaş içindədirlər, dostlarım, qohumlarım bizə axışır zəng çatmadığına görə. Telefonu götürən kimi dəhşətə gəldim. Bu qədər zənglər, mesajlar.
Yaşadıqlarımın əsəb, gərginlik və stresini keçirirəm hazırda. Ətraflı danışacam, hamıya cavab verəcəm”, - deyə aktyor qeyd edib.
[gallery link="file" columns="1" size="large" ids="201229"]