top
Pizza hazırlamaqdan Çempionlar Liqasına... - FOTO
11 dekabr 2024, 23:20
- ↺ +

Pizza hazırlamaqdan Çempionlar Liqasına... - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

5 il əvvəl pizza hazırlayırdı, indi Çempionlar Liqasında qol vurur…

Söhbət “Brest” klubunun futbolçusu Yulien le Kardinaldan gedir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə Yulien tamamilə fərqli bir həyat yaşayırdı.

O, kiçik Saint-Brieuc şəhərindəki pizza restoranında işləyirdi, burada hər gün xəmir yoğurur və pizza hazırlayırdı. Velosipedlə sifarişlərləri çatdırırdı. Bundan başqa o, bağban, sürücü və s. kimi işlərdə də çalışıb.

Onun o dövrdəolan futbolçu karyerası da tribunalar tərəfindən alqışlanmaqdan çox uzaq idi. Kardinal ayda 150 avroya həvəskar liqalarda oynayırdı və artıq yaşıl meydanları, topları, penaltiləri unudub, stabil iş axtarmaq barədə ciddi düşünürdü.

Kardinal müsahibəsində deyib:

“Çətin vaxtlar idi. Həyatımın çox hissəsini işə həsr etmişəm. Çünki işləmirsənsə, pulun yoxdur. Yerli klubda oynayanda ayda 150 avro alırdım. 18 və ya 19 yaşım tamam olanda "Del Arte" restoranında işləməyə başladım və makaron hazırlamağı öyrəndim (gülür). Bir az bezdirici oldu. Kimsə işdən çıxdı, ona görə də mən qəlyanaltı və desert hazırlamağa başladım. Sonra pizza hazırlamağa başladım. Amma o qədər də yaxşı deyildim…

Müvəqqəti olaraq fabrikdə də işləmişəm. Supermarketə mal göndərərək komponent işçisi kimi də çalışmışam. Bir gün forklift sürücüsü kimi işə düzəldim. Bütün bunlar 17-19 yaş arasında baş verib”.

Ancaq tale üzünə güldü...

Həyat yoldaşı ilə tanışlığı karyerasında dönüş nöqtəsi oldu.

“Ya futbola qayıdıb öz həyatına ciddi yanaşmağa başlayarsan, ya da həyatın boyu yarımştat işlərə davam edəcəksən”, - deyə həyat yoldaşı Yulienə deyib.

Bu sözlər Yulien üçün əsas motivasiya qaynağı olub və meydanlara qayıdıb.

2019-cu ildə “Bastia”ya qoşuldu. Məşqçilər onun əzmkarlığını və zəhmətini tez qiymətləndirdilər. Komanda yoldaşları onun məşqlərdə çox məsuliyyətli olduğunu deyirdilər.

2022-ci ildə Yulien “Paris”lə müqavilə imzaladı. Daha sonra o, ailəsi ilə birlikdə paytaxtın səs-küyündən uzaqda Arrasda məskunlaşıb. Lakin bu sakitlik uzun çəkməyib.

Altı ay sonra “Lens” onunla maraqlanmağa başladı və yeni kluba keçmək üçün Yulien böyük fədakarlıqlar etdi. Maaşının azaldılmasına razı oldu və hətta gəlirinin bir hissəsini kluba köçürdü.

O, Liqa 1-də oynamaq şansı üçün hər şeyi riskə atmağa hazır idi. Ancaq “Lens”də onun yolu açılmadı. Futbolçu 8 ayda cəmi 10 matç oynaya bildi.

Bununla belə, o, bundan maksimum yararlandı. Ən yaxşı oyunçuları izlədi və özünə inamını heç vaxt itirmədi.

Tezliklə tale ona yenidən şans verdi.

O, “Brest”ə icarəyə göndərildi və sonra klub onu birdəfəlik transfer etdi. Məhz burada Kardinal öz potensialını ortaya qoydu.

Nəhayət 2024-cü il Yulien üçün əlamətdar il oldu. Çempionlar Liqasının ümumi mərhələsinin altıncı turunda müdafiəçi Avropanın əsas klub turnirində ilk qolunu vurdu.

Bu, PSV ilə matçda baş verdi və qol oyun üçün həlledici oldu. Yeganə qolun müəllifi olan futbolçu “Brest”ə qalibiyyət gətirdi.

Bir neçə il əvvəl tam fərqli sahələrdə qaçaqaçla işləyən gənc, bu gün  “Barselona”, “Real Madrid” də daxil olmaqla, futbol nəhənglərinə qarşı meydana çıxır.

“Brest” turnirdə top klubları geridə qoyaraq, cədvəldə 7-ci yeri tutub. Komandanın uğurunda həlledici töhfə verənlərdən biri də Yuliendir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər