"Real Madrid"in hücumçusu Vinisius Juniorun komandadan ayrılacağı barədə iddialar gündəmə gəlib.
İnsanoid.com xəbər verir ki, bu barədə jurnalist Romain Molina öz sosial media hesabında məlumat paylaşıb.
Xəbərdə qeyd olunur ki, braziliyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək fikrindədir. Vinisius son aylarda ona təklif edilən yüksək məbləğlərə xüsusi maraq göstərir. Əgər "Real Madrid" oyunçunu satmağa razılıq versə, bu, futbol tarixində ən yüksək transferlərdən biri ola bilər.
Əvvəllər Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun Vinisius Juniorla ciddi şəkildə maraqlandığı barədə məlumatlar yayılmışdı.
"Transfermarkt" platformasının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 200 milyon avro təşkil edir.
![]()