Dünyaca məşhur pop ulduz Madonna süni intellekt vasitəsilə hazırlanmış Roma Papasının qollarında olan fotosunu sosial media hesabında paylaşıb.
İnsanoid.com xəbər verir ki, müğənni fotonu öz "İnstagram" səhifəsində paylaşıb.
Süni intellekt texnologiyasından istifadə edərək hazırlanmış bu şəkil geniş maraq doğurub.
Paylaşım sosial şəbəkələrdə qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayıb. İzləyicilərin əksəriyyəti fotoya yumoristik yanaşsa da, bəziləri paylaşıma fərqli reaksiyalar verib.
[gallery size="full" ids="209970,209971"]