Rusiyanın İrkutsk vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.
Bu barədə İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, seysmik hadisə Slyudyanka rayonunda, Buryatiya Respublikasının Vıdrino yaşayış məntəqəsindən 32 kilometr məsafədə qeydə alınıb.
Qeyd olunub ki, hadisə nəticəsində dağıntı və xəsarət alanlar yoxdur.