Rusiyanın Sevastopol şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Qara Dəniz Donanmasının 1-ci dərəcəli kapitanı həlak olub.
İnsanoid.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin T.Şevçenko küçəsində, avtomobilin dayanacaqda olduğu zaman baş verib. Partlayışın gücü nəticəsində yaxınlıqdakı binaların həyətləri avtomobilin qalıqları ilə dolub.
Məlumata görə, partlayış nəticəsində avtomobildə olan 1-ci dərəcəli kapitanı həyatını itirib. Hadisənin səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb. Rəsmi qurumlar tərəfindən araşdırma aparılır.
Bu hadisə, Sevastopolda son zamanlar baş verən təhlükəsizlik insidentlərinin artması fonunda cərəyan edir. Şəhər rəhbərliyi və hüquq-mühafizə orqanları vətəndaşları ehtiyatlı olmağa və şübhəli halları dərhal bildirməyə çağırır.
[video width="854" height="480" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/11/480p-2024-11-13T104430.801.mp4"][/video]