Sabah paytaxtın Qaradağ və Səbail rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə 21 sentyabr tarixində “Azəriqaz” xəbər verib.
Sabah saat 10:00-dan 14:00-dək aparılacaq təmir işləri ilə bağlı “Duvannı” və “Qobustan” QPS-lərdən, “El Metal plus” MMC, “DSU-2”, “2 saylı Yol İstismar İdarəsi” və “Polad Yol YAPI sənaye MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin saat 09:30-dan təmir işləri başa çatanadək “Səbail” və “Yasamal” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin (tam olaraq) eləcə də Səbail rayonunun Bayıl qəsəbəsinin (tam olaraq) və Badamdar qəsəbəsinin (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.