Şəkidə yol-nəqliyyat hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Kiçik Dəhnə kəndində baş verib.
Oxud kənd sakini Xəzər Salamovun idarə etdiyi VAZ-2107 və Cəfərabad kənd sakini Rəşad Rüstəmzadənin idarə etdiyi VAZ-2109 markalı avtomobillər toqquşublar. Nəticədə VAZ-2107-nin sərnişini olan sürücünün 5 yaşlı qızı Dəniz xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.