Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb. Bu barədə Report 22 sentyabr tarixində xəbər verib.
Hadisə rayonun Parça Xələc kəndi ərazisində hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən edarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.
İlkin məlumata görə, qəza zamanı Dəyanə Eyyubova hadisə yerində dünyasını dəyişib.
Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.