Bir müddət əvvəl kanal kənarına atılan və tapılaraq TƏBİB-nin tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.
Bu barədə 21 sentyabr tarixində Salyan rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Tibb müəssisəsinin Pediatriya şöbəsində onun zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib.