Şəmkirdə narkotik əldə edib satan şəxslər saxlanılıblar. Bu barədə 25 sentyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb. Onun üzərindən “marixuana” aşkarlanıb. O, narkotik maddəni Elpərəst adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib. Samir Məmmədova narkotik vasitəni 30 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elpərəst Mansurov da saxlanılıb.
Üzərindən “marixuana” aşkar edilən E. Mansurov həm özünə, həm də S. Məmmədova narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib. Rayon sakini Orxan Alıyev saxlanılaraq, Polis Bölməsinə gətirilib. Onun üzərindən və avtomobilindən marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər bir tədbir nəticəsində saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.