Şəmkirdə yük maşını dərəyə aşıb, iki nəfər ölüb. Bu barədə 28 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“QAZ” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Onların meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.