Türkiyədə "Santa Klaus"un məzarı olması ehtimal edilən sərdabə aşkarlanıb.
İnsanoid.com xəbər verir ki, bu barədə "Interesting Engineering" məlumat yayıb.
Arxeoloqlar Antalyada Müqəddəs Nikolay kilsəsində qazıntılar zamanı sarkofaq tapıblar. Ehtimal edilir ki, burada müasir "Santa Klaus"un prototipi olan Müqəddəs Nikolayın qalıqları basdırılıb.
Hatay Mustafa Kamal Universitetinin dosenti Ebru Fatma Fındık bildirib: "Ən böyük ümidimiz sarkofaqın üzərində kitabə tapmaqdır. Bu, sərdabənin məzmununu aydınlaşdırmağa və onun hansı dövrə aid olduğunu dəqiq müəyyən etməyə imkan verərdi".
Məlumata görə, kilsədə qazıntılar 1989-cu ildən bəri davam edir.
[gallery size="full" ids="208890,208889"]