Dünya şöhrətli müğənni və "Only Murders in the Building" serialının ulduzu Selena Qomez musiqi prodüseri Benni Blanko ilə nişanlandığını elan edib.
İnsanoid.com xəbər verir ki, cütlük bu xəbəri sosial media vasitəsilə izləyiciləri ilə bölüşüb.
32 yaşlı Selena Qomez İnstaqramda brilyant üzüyünü və sevgilisi ilə birlikdə çəkilmiş xoşbəxt fotolarını paylaşaraq, "Əbədiyyət indi başlayır" yazıb. Benni Blanko isə bu paylaşıma "Bu mənim arvadımdır" şərhi ilə cavab verib.
Onların nişanı bir çox məşhur simalar tərəfindən təbrik edilib və pərəstişkarları sevinc dolu mesajlar göndəriblər.
Посмотреть эту публикацию в Instagram