Şəkidə yarımtikili binada intihar hadisəsi baş verib.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisə rayonun Baş Layısqı kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü Nizami Umarov qardaşına məxsus yarımtikili binadakı evdə özünü asaraq intihar edib. N.Umarov bir neçə il əvvəl ürəyindən əməliyyat olunub. Son vaxtlar da spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Vahid