Tramp Maskı yeni yaradılmış Dövlət İdarəetməsinin Effektivliyi Departamentinə rəhbər təyin edib.
“Demokratiya üçün təhlükə varmı? Xeyr, bu bürokratiya üçün təhlükədir”, - X-də iş adamı bu təyinatını şərh edib.
Reuters xəbər verir ki, İlon Mask bu vəzifəni sahibkar və prezidentliyə keçmiş Respublikaçı namizəd Vivek Ramasvami ilə birlikdə tutacaq. Donald Trampın sözlərinə görə, departament “hökumətə kənardan məsləhətlər və təlimatlar verəcək”.
ABŞ prezidenti qeyd edib ki, Mask və Ramasvami “administrasiyaya hökumət bürokratiyasını aradan qaldırmağa, lazımsız tənzimləmələri, israfçı xərcləri azaltmağa və federal agentlikləri yenidən strukturlaşdırmağa yol açacaq”.
Tramp departamentin vəzifələrini 1942-ci il avqustun 13-də işə başlayan nüvə bombasının yaradılması layihəsi olan “Manhetten layihəsi” ilə müqayisə edib.