Türkiyənin Malatya şəhərində yerləşən dağlıq ərazidə yanğın baş verib. Bu barədə İnsanoid Türkiyə mətbuatına istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
Hadisə Malatyanın Ağcadağ ərazisində qeydə alınıb.
Əraziyə 15 maşın yanğınsöndürmə briqadası və 60 canlı qüvvə cəlb olunub, hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Yanğının əhatə dairəsi küləyin təsiri ilə daha da böyüyüb, yaxınlıqda olan yaşayış evlərinə də təhlükə yaranıb.
Əraziyə xilasedicilər, yanğınsöndürənlər cəlb edilib.
Hazırda yanğın nəzarətdədir, soyutma işləri davam edir.