Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya Türkiyə Böyük Millət Məclisində (TBMM) hücum edilib.
İnsanoid.com Türkiyə KİV-lərinə istinadə xəbər verir ki, CHP-li deputatlar Yerlikayanın qarşısını kəsərək, zala daxil olmasına mane olmaq istəyiblər.
Onların reaksiyaları nazirin salona daxil olmasından sonra da davam edib.
Hadisə ilə bağlı AK Partiya sözçüsü Ömər Çelik də açıqlama verib: “TBMM-də bəzi CHP-li deputatların daxili işlər naziri Ali Yerlikayaya hücumu barbarlıqdır. Biz bu hücumu qınayırıq. Parlamentdə quldurluq qəbuledilməzdir”.
![]()