Türkiyənin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib və “narıncı” təhlükə səviyyəsi elan olunub.
İnsnaoid.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərar son zamanlar regionda artan gərginliklər və qlobal təhlükəsizlik təhdidlərinə qarşı preventiv tədbir kimi qiymətləndirilir.
“Narıncı” təhlükə səviyyəsi yüksək riskə işarə edir və bu vəziyyətdə əlavə təhlükəsizlik yoxlamaları və nəzarətlər həyata keçirilir. Xüsusi təhlükə və ya təhdidlər barədə konkret məlumat verilməsə də, hökumət hava limanlarındakı təhlükəsizlik tədbirlərini maksimuma çatdırıb.
Bu tədbir çərçivəsində sərnişinlərdən hava limanına erkən gəlmələri və əlavə yoxlamalara hazır olmaları tövsiyə olunur. Hazırda Türkiyənin hava limanlarında hər hansı təhlükə və ya insident baş verməyib.