Xaçmazda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 29 sentyabr tarixində xəbər verib.
Şəhərin Alı Mustafayev küçəsində "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olarkən eyni markalı nəqliyyat vastəsi ilə toqquşub.
Hadisə nəticəsində 25 yaşlı Mais Zeynalov və 17 yaşlı Ənvər Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisənin təfərrüatı araşdırılır.