Xaçmazın Əhmədoba kəndində kişi meyiti tapılıb. Bu barədə Report 25 sentyabr tarixində xəbər verib.
Rayonun Əhmədoba kəndi ərazisində fərdi yaşayış evinin həyətində kənd sakini, 64 yaşlı Cəlalov Adil Koroğlu oğlunun meyiti tapılıb.
İlkin məlumata görə, A.Cəlalov spirtli içkinin təsirində olub.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.