Xaçmaz şəhərində yanğın olub.
APA xəbər verir ki, bu gün səhər saatlarında Alı Mustafayev küçəsində "VAZ" markalı minik avtomobili yanıb.
Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Əraziyə FHN-nin Xaçmaz YMH-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
[gallery columns="2" link="file" size="full" ids="207270,207271"]