Gəndob-Yalama avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində 3 minik və 1 yük avtomobili toqquşub.
Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində həlak olan azyaşlı uşaqdır. Onun cəmi 2 yaşı var. 3 nəfər isə xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda fakt araşdırılır.
![]()