Xalq artisti Fatma Mahmudova səhhəti ilə bağlı yaşadığı çətin anları “Qonaqcanlı” verilişində bölüşüb.
İnsanoid.com xəbər verir ki, proqramın aparıcısı Aytəkin Mərdanova hadisəni belə xatırladıb: “Aylarla bunu gizlədib. Qızı Nigar deyirdi ki, anam telefonla danışırdı, elə bildik gülür. Amma sonra gördük ki, rəngi dəyişdi və halı pisləşdi.”
Qızı İntizar isə həmin anların ailəyə böyük təsir etdiyini bildirib: “Çox qorxduq, sarsıntı yaşadıq. Allah heç bir övlada belə bir şey yaşatmasın. Sağalması 6-7 ay çəkdi.”
Fatma Mahmudova isə səhnəyə və efirə çıxmaqda davam etdiyini qeyd edib: “Həmin vəziyyətdə işimi davam etdirdim. Heç kimə vəziyyətimin belə olduğunu hiss etdirmədim.”