top
Yeni trend “boşanma partisi” – İnsanlar bunu niyə qeyd edir?
20 fevral 2025, 06:31
- ↺ +

Yeni trend “boşanma partisi” – İnsanlar bunu niyə qeyd edir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaşlı insanlardan soruşsaq, boşanmanın pis, bədbəxt bir hadisə olduğunu deyəcəklər. Elə bir çoxumuz bu düşüncə ilə böyüdüyümüz üçün boşanma adı gələndə qəribə yanaşırıq. Lakin zaman keçdikcə boşanma insanlar arasında adi hala çevrilir. Hətta indiki dövrdə evliliyini sonlandıran bir çox şəxs buna görə yığıncaq təşkil edir. Sanki artıq bir ailənin dağılması, nikahın pozulması bayram sayılır.

Bunun səbəbi nədir? Niyə “boşanma partiləri” dəb halını alıb?

Bununla bağlı İnsanoid.com-a açıqlama verən sosioloq Lalə Mehralı fikirlərini belə izah edib:

[gallery link="file" columns="1" size="full" ids="218252"]

“Əslində bu hallar bir az da şouya maraqlı olmağımızdan qaynaqlanır. Baxın, nəzər yetirsək, görərik ki, son dövrlər insanların diqqətini çəkmək, şou yaratmaq üçün cinsiyyət (gender parti), doğum evindən çıxış, ilk diş kimi növbənöv yığıncaqlar təşkil edirlər. Məsələn, övladının diş çıxarmasını niyə qohum-əqrəbanı yığıb qeyd edəsən? İnsanlar hər şeyi hamı ilə qeyd etməyə maraqlıdırlar.

Son zamanlar boşanma məsələləri də bu tip vüsət alıb. Boşanma ailə məsələsidir, şəxsi həyatdır. Niyə bunu toy kimi qeyd edəsən?!

Səbəbini sizə izah edim: Bu tip yığıncaqları insanların düşüncəsinə, beyninə yeritdilər. İnsanlar indi boşanmanı azadlıq, bayram kimi qəbul edirlər. Evliliyin isə asılılıq olduğunu düşünürlər. Boşananda azadlığa, xoş günə çıxdıqlarını düşünüb qeyd etməyə başlayırlar. Bu yığıncaqları çəkib insanlara təbliğ etdikcə hər kəsin şüuraltına yeridildi.

Boşandığı üçün yığıncaq keçirənləri sorğu-sual etsəniz, çox adi səbəblərə görə evliliyini sonlandırdığını görərsiniz. Çünki artıq insanlar problemləri həll etmək əvəzinə hər şeyi dağıtmağı, məhv etməyi üstün tuturlar”.

Bəs, bunun psixoloji tərəfi necədir? Bu yığıncaqların keçirilməsinə xarici təsir varmı?

Saytımıza açıqlama verən psixoloq Aytən Ələkbərova qeyd edib ki, bunlar gənc nəslin şüursuz düşüncələrindən yaranır:

[gallery link="file" columns="1" size="full" ids="218253"]

“Bəli, o dövrdə qızı boşanan ailə dost-tanış içinə çıxmağa utanardı. Amma bu günlərdə boşanma üçün yığıncaqların keçirilməsi gənc nəslin şüursuz düşüncələrindən irəli gəlir. Bunların dəb halını alması isə psixoloji “qonşudan geri qalma” prinsipindən yaranır. Bir-birinə baxıb müəyyən addımları təkrarlayan adamlara aid etmək olar. Biri boşanır, yığıncaq keçirir və bunu çəkib el-aləmə göstərir. Baxanlar da görür ki, heç kim onu qınamadı. Özü də həvəsə düşür. Beləcə bu yığıncaqlar dəb halını alır”.

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər