İrəvanda Rusiya səfirliyi qarşısında və Respublika meydanında eyni vaxtda iki etiraz aksiyası keçirilir. Bu barədə İnsanoid Ermənistan mediasına istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
Etirazçıların bəziləri Rusiya pasportlarını cırıblar, bir hiisəsi isə Amerika, Aİ və Hindistan, İran, Fransa bayrağını qaldırıblar.
Nümayişin təşkilatçısı səfirliyə doğru: “Biz o yerə çatmışıq ki, sizin ucbatından uşaqlarımız ölür. Bunun üçün səni heç vaxt bağışlamayacağıq. Lənət olsun sənə, Şər İmperiya!”, - deyə qışqırıb.