Zaqatala rayonunda sağlamlıq üçün vurulan iynə ölümə səbəb olub.
TƏBİB-dən İnsanoid.com-a verilən məlumata görə, Zaqatala rayon Muxax kənd sakini, 1987-ci il təvəllüdlü şəxslə bağlı ötən gün 22:30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.
Ünvana təcili yardım briqadası cəlb olunub. Göstərilən zəruri tibbi yardıma baxmayaraq, saat 23:13-də "anafilaktik şok" diaqnozu ilə şəxsin ambulansda xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
Mövcud protokollara uyğun olaraq xəstəxanaya çatdırıldıqdan sonra da bütün reanimasiyon tədbirlər görülsə də, ölüm faktı öz təsdiqini tapıb. Yaxınlarının bildirməsinə görə, evdə vurulan iynədən sonra şəxsin halı pisləşib.
Fidan İlqar