Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 32 yaşlı şəxs vəfat edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 2 oktyabr tarixində xəbər verir.
1991-ci il təvəllüdlü Məqsəd Rzayev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib.
Partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər - 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov xəsarət alıblar.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər, göstərilən tibbi yardımlara baxmayaraq, H. Gülməmmədov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.