top
Zorlanma, döyülmə, “dedovşina”, fərarilik - Ermənistan ordusunun vəziyyəti
23 oktyabr 2024, 00:00
- ↺ +

Zorlanma, döyülmə, “dedovşina”, fərarilik - Ermənistan ordusunun vəziyyəti

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər Ermənistan ordusunda intihar hallarının artması bir sıra mətləbləri üzə çıxarıb. Məlum olur ki, intihar hallarına bir çox hallarda “dedovşina”, rüşvət, rütbəli şəxslərin əsgərləri alçaltması, təhqir etməsi səbəb olur. Bu da öz növbəsində ordudan kütləvi yayınmalara, fərariliyə səbəb olur. Bu gün Ermənistan ordusunun ən böyük problemlərindən də biri kütləvi fərarilik hallarıdır.

Qeyd etmək yerinə düşər ki, sadə erməni vətəndaşlarını orduda xidmətdən soyudan bir sıra faktorlar var. Məsələn, erməni KİV-lərində yayılan xəbərlərə görə, hərbi hissələrdə “dedovşina” ciddi şəkildə yayılıb. Bundan əlavə, hərbi hissələr kriminal elementlər və “qayda-qanunlarla” idarə edilir. Rüşvətxorluq isə o həddə çatıb ki, övladına ərzaq məhsulu və istədiyi yeməyi gətirən valideynlərdən belə, pul alınır.

Daha maraqlı fakt isə ondan ibarətdir ki, erməni hərbi hissələrində kişilər arasında zorlanma faktları son dövrlər sürətlə artıb. Bu kimi faktorlar da həm valideynləri, həm də gənc və yeniyetmələri ordudan uzaqlaşdıran amillərdəndir.

Başqa bir fakt isə, hərbi hissələrin yüksək rütbəli zabit heyətinin sıravi əsgərlərə qarşı olan davranışlarıdır. Bu yaxınlarda Sisyan tərəfdəki hərbi hissələrin birində baş verən ölüm faktı da məhz bu səbəbdən gerçəkləşib. Məlum olub ki, hərbi hissənin zabiti döyüş postunda növbədə duran əsgəri dəfələrlə təhqir edib, alçaldıb. 19 yaşlı gənc isə çıxış yolu olaraq, intiharı seçib. Bu tip faktlar Ermənistanda son dövrlər kifayət qədərdir. Bu da insanların bir-birinə, zabit heyətinin əsgərlərə olan münasibətini ortaya qoyur.

Statistikaya müraciət etsək, məlum olur ki, hələ 2018-ci ildə hərbi xidmətdən yayındığına görə xaricdə gizlənnə 10 minə yaxın erməni gənci barədə axtarış verilib. Bu, sadəcə rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlər isə 10 minlərlə fəraridən bəhs edir. Hətta baş nazir Nikol Paşinyan sözügedən ilin 7 may tarixində onlara müraciət etsə də, ona səs verən tapılmayıb. Çünki 2022-ci ilin rəqəmlərinə görə, ordudan yayınıb xaricdə gizlənənlərin sayı 10 mindən çox olub və onlar axtarışa verilib. 2020-ci ildə baş verən və Ermənistanın darmadağın edildiyi 44 günlük müharibə də “qonşu” ölkədə fərarilik hallarına ciddi təsir edib. İş o həddə çatıb ki, 2023-cü ildə hakim partiyanın üzvü, parlamentin deputatı Hayk Sarkisyan təklif edib ki, ordudan yayınan və yaşı 27-dən az olan şəxs 15 milyon dra ödəməklə ordudan və cinayət məsuliyyətindən azad edilə bilər. Bu isə ölkə rəhbərliyinin açıq-aşkar alverə başladığını, ordudan yayınmaq üçün rəsmi olaraq 40 min dollar rüşvət istədiyi faktını üzə çıxarıb. Bir faktı da qeyd etmək lazımdır ki, ölkəni tərk edərək xaricdə gizlənən on minlərlə erməni gəncindən yalnız 420 nəfər könüllü şəkildə İrəvana qayıdıb və hərbi xidmət keçib.

Maraqlıdır ki, bu gün Ermənistanda baş verənlər “balıq başdan iylənər” misalını gözəl şəkildə sübut edir. Çünki Paşinyanın rəhbərlik etdiyi hökumətdə və partiyada ordudan yayınma halları kifayət qədər çox olub. Məsələn, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryanın kiçik oğlu orduda xidmət etməyib. Bunun üçün isə iki dəfə təhsilə, sonra isə iki dəfə sağlamlığa görə möhlət alıb. Bundan əlavə, Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyanın da iki oğlu orduda xidmət etməyib. Xarici işlər nazirinin müavini Vahan Kostanyan 2028-ci il inqilabından sonra orduya çağırılmalı olsa da, hələ də xidmət etməyib.

Diqqətə çatdırmaq və xüsusilə vurğulamaq lazımdır ki, hakim “Vətəndaş müqaviləsi” partiyası və erməni hökuməti bu barədə “nümunə” olaraq elə Nikol Paşinyanın özünü seçiblər. Çünki baş nazir özü də gənclik illərində orduda xidmət etməkdən dəfələrlə yayınıb. Bunun üçün gah ailənin 3-cü oğlu olmasından istifadə edib, sonradan həbsdə yatmağını əsas gətirib. Eyni zamanda sonuncu dəfə isə psixi vəziyyəti ilə bağlı arayışı komissiyaya təqdim edərək, hərbi xidmətdən özünü qurtarıb. Bu isə o deməkdir ki, bu gün baş nazir postunu tutan şəxs heç bir tutarlı səbəb olmadan qeyri-qanuni yollarla Ermənistan silahlı qüvvələrində məcburi xidmətdən yayınıb. Elə burada növbəti el misalı yada düşür ki, “yengəsi Gülüm olanın, başına külüm olar”.

Bu gedişlə Paşinyan və komandası nə fərariliyin qarşısını ala biləcək, nə də normal ordu formalaşdıra biləcək.

Hikmət Həsənov

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Oxşar xəbərlər