Oktyabrın 6-da Quba-Xaçmaz yolunda baş verən avtoqəza zamanı ağır bədən xəsarətləri alan 42 yaşlı sürücü xəstəxanada dünyasını dəyişib. Bu barədə 17 oktyabr tarixində Report məlumat verib.
Belə ki, 1981-ci il təvəllüdlü Hüseynov Pərviz Eynulla oğlu Sumqayıt şəhər xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.