20 Yanvar faciəsinin 34-cü ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub. Bu barədə İnsanoid bu gün, 20 yanvar tarixində xəbər verir.
Bu gün saat 12:00-da Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib. Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.
Bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 34 il ötür.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/01/Sequence-03_1-1.mp4"][/video]