Avqustun 31-də keçirilən sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri bəlli olub. Bu barədə İnsanoid bu gün, 2 sentyabr tarixində İnsan Resursları Mərkəzinə istinadən məlumat verir.
Həmin gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün test imtahanı təşkil olunub.
İmtahan nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq test imtahanı nəticələri ilə tanış olmaq mümkündür.
Müəllimlər test imtahanında təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Yekun nəticələr müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.