Zaqatalada 53 yaşlı kişi göbələkdən zəhərlənərək dünyasını dəyişib.
Bu barədə 18 oktyabr tarixində APA məlumat verib.
Rayonun Höytala kənd sakini, 1970-ci il təvəllüdlü Kərəm Hacıxan oğlu İmranov ötən gün göbələk zəhərlənməsi diaqnozu ilə müalicə aldığı Bakıdakı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.