Dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı kənd sakini, 1938-ci il təvəllüdlü Zöhrə İsmixanova öldürülüb. Bu barədə İnsanoid 28 dekabr tarixində ShimalNews-a istinadən xəbər verir.
Belə ki, 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Qeyd olunub ki, Zülfüqar İsmixanov 1-ci Qarabağ müharibəsində döyüşüb, 2-ci qrup əlildir. Onun həyat yoldaşı, 2 övladı və anası 1 evdə yaşayırdılar.