ABŞ-nin Azərbaycandakı yeni səfiri Mark Libbi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə İnsanoid bu gün, 20 yanvar tarixində xəbər verir.
ABŞ-nin Bakıdakı Səfirliyinin Facebok hesabındakı paylaşımda deyilir:
“Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüznlə başsağlığı veririk”, - deyə səfir qeyd edib.
Yanvarın 18-də Prezident İlham Əliyev səfir Mark Libbinin etimadnaməsini qəbul edib.